8-ci sinif şagirdi özünü asıb

Abşeron rayonunda intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü Rəsulov Ədalət Bəhruz oğlu tövlədə özünü asaraq intihar edib. 8-ci sinif şagirdi olan oğlanın intihar səbəbləri bəlli deyil.

Faktla əlaqədar Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.