Rusiya raket müdafiə sistemi peyksiz qalıb

Dünən “Baykonur” kosmodromundan hərbi peyklə təhciz edilmiş sonuncu “Proton-K” raketi start götürüb. Rusiyanı raket hücumundan müdafiə edəcək “Oko-1” aparatı aparat kosmosa buraxılıb. Hələ 2005-ci ildə hərbi mütəxəssisləri Rusiya peyk sistemini “çarəsiz şəkildə köhnəlmiş” adlandırmışdılar. Bu raket uçuşu çətin ki, Rusiyanın raket hücumundan müdafiə sistemini gücləndirəcək. 2005-ci ildə Kosmik Qoşunların komandanı general Oleq Qromov demişdi: “Biz köhnəlmiş peyklərin hesabına orbitdə raket hücumundan xəbər verəcək aparatların minimal sayına da nail ola bilmirik.” O zaman Rusiyanın kosmik eşalonunu yeniləməyəcəyi, vahid kosmik sistemin yaradıcılağı xəbəri verilmişdi. Kosmik sənaye sahəsində tədqiqatlar aparılsa da, müsbət nəticənin alınması hələ çox uzaq görünür.
 
azadliq.info