Azərbaycan XİN rəhbəri İstanbula dəvət alıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun dəvəti ilə İstanbula səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ə.Davudoğlu E.Məmmədyarovu aprelin 1-də İstanbulda keçiriləcək “Suriya xalqının dostları qrupu”nun 2-ci Konfransında iştirak etmək üçün Türkiyəyə dəvət edib (APA).