Daha 2 tibetli keşiş özünü yandırdı

Çinin qərbində iki tibetli keşiş Pekin hökumətinin dini məhdudiyyətlərinə etiraz məqsədiylə özlərini yandırıb.
Hindistanda mühacirətdə olan “Tibetli Keşişlər” təşkilatı yaydığı açıqlamasında keşişlərin Maerkanq şəhərində özlərini yandırdığı bildirilib. Təşkilat təhlükəsizlik qüvvələri tərəfindən aparılan keşişlərin taleyi haqda məlumat olmadığını açıqlayıb.

Ötən ilin martından bu yana 30 tibetli din adamı liderləri Dalay Lamanın separatçılıqda günahlandıraraq Çin hökumətinin dini məhdudiyyətlərinə etiraz etmək üçün özünü yandırıblar. Bir müddət əvvəl Çin rəhbərinin Hindistana səfərinə etiraz əlaməti olaraq üzərinə benzin tökərək bədəninin 90 faizini yandırdıqdan sonra ölən 27 yaşlı tibetli mühacir Campel Yaşinin dəfn mərasimi keçirilib.