Bakıda İran vətəndaşı tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində yaşayan İran vətəndaşı Shahi Cafarlou Davod, qəsəbə sakini Vüsalə Baxşıyeva ilə intim əlaqədə olduğu görüntüləri internetdə nümayiş etdirəcəyi və barəsində rüsvayedici məlumatları yayacağı ilə hədələyib. O, bunu etməməsi müqabilində qızın mənzilini, eləcə də “Hyundai Tucson” markalı avtomaşınını ona verməsini tələb edib.
Polis əməkdaşları əməliyyat keçirərək iranlını həbs ediblər.
Bakıda azərbaycanlı qızı şantaj edən iranlı tutulub
•