Aparılan sorğuya görə, Misir vətəndaşlarının 82%-i ABŞ-dan hər hansı maliyyə yardımının verilməsinə qarşı çıxır. 15% razılığını bildirib. “Gallup” şirkətinin apardığı sorğu ABŞ-a olan ictimai dəstəyin rekord səviyyədə aşağı düşdüyündən xəbər verir. 1 il əvvəl aparılan sorğuda rəyi soruşulanların 52%-i maddi yardıma qarşı çıxmışdı, 40% isə razılığını bildirmişdi. Sorğu Amerika hökümətinin Misirə 1,3 milyard dollar yardım ayırmaq istəyindən bir qədər sonra keçirilib. Pulların əsas hissəsi Misirin müdafiə xərclərinə ayrılacaq. Əhalidə belə mənfi rəy yerli hökümət nümayəndələrinin ABŞ-ın Misirdəki maliyyə institutlarının əməkdaşlarını iğtişaşlar yaratmaqda ititham etməsindən sonra yaranıb. 16 amerikalıya cinayət işi qaldırılmışdı. Ancaq Amerika hökümətinin təzyiqlərindən sonra onlar həbsdən buraxıldı.
azadliq.info