DEVAMM sədri, insan haqları müdafiəçisi Hacı İlqar İbrahimoğlu məşhur BBC yayım şirkətinə müsahibə verib. BBC Azərbaycanla bağlı sənədli film çəkir. Bu filmdə ictimaiyyət təmsilçilərinin rəy və baxışlarına da yer ayrılıb. BBC-ni təmsil edən prodüserlər qrupundan tanınmış redaktor Cenni Norton İlqar İbrahimoğluna ictimai vəziyyət, insan haqlarının qorunması sahəsində durum, dini etiqadla bağlı problemlər haqqında suallar verib. Görüşdə əsas mövzulardan dini etiqad azadlığı ilə bağlı son vaxtlar vəziyyətin xeyli pisləşməsi olub. BBC təmsilçisinin suallarını cavablandıran İ.İbrahimoğlu vurğulamışdır ki, dini etiqad azadlığının təmini digər haqq və azadlıqların qorunmasına vücudi olaraq bağlıdır və insan haqları ilə ümumi vəziyyətin yaxşılaşması, dini etiqad sahəsində vəziyyətin müsbətə doğru dəyişməsinə gətirən əsas amildir.
İlqar İbrahimoğlu BBC-ə müsahibə verdi
•