Səddamı qəbrindən çıxarmaq istəyirlər

Səddam Hüseynin dəfn olduğu yeri dəyişdirmək istəyirlər. Beləki, keçmiş diktatorun məzarı kütləvi ziyarət məkanına çevrilib. İraq höküməti Səddam Hüseynin yaxın qohumlarına qəbrin  ziyarət üçün bağlanmasını tələb edən məktub ünvanlayıb. Bundan başqa, sabiq İraq liderinin nəşinin başqa bir yerdə basdırılması təklif olunub. İraq höküməti belə qərara gəlib ki, qəbrin kütləvi ziyarətinə son qoymaq lazımdır. 
Səddam Hüseyn Səlahəddin əyalətinin Tikrit şəhərində dəfn edilib. Əyalətin qubernatoru əvvəlki asayişi bərpa etməyə söz verib. Qəbri ziyarət edənlərin sayı il-ildən artır. Amerika əsgərləri tərəfindən həbs olunan Səddam 2006-cı ilin 30 dekabrında edam edilmişdi.
 
azadliq.info