Suriya diktatoru Bəşər Əsəd və ailəsi növbəti qadağaların hədəfi olub. Böyük Britaniyanın baş naziri Devid Kemeronla Beynəlxalq Olimpia Komitəsinin (BOK) prezidenti Jak Roq arasında keçirilən görüşdə qərara alınıb ki, Əsəd ailəsi ilə birlikdə, onlarla suriyalı məmura bu ilin yayında Londonda keçiriləcək Olimpiadaya buraxılmasın. getmək qadağan edilib.
Böyük Britaniyanın “qara siyahısı”na ümumilikdə 126 suriyalı düşüb. Onlar arasında Bəşər Əsədin xanımı Əsma Əsəd də var. Qadağa Olimpiayadada iştirak etmək hüququ qazanan suriyalı idmançılara şamil edilməyəcək. Yarışmanın açılış mərasimində Suriya nümayəndə heyəti stadiona ölkənin bayrağı ilə deyil BOK-un bayrağı ilə daxil olacaq.
azadliq.info


