Hillari Klinton Yaxın Şərqə və Türkiyəyə gəlir

ABŞ dövlət katibi Hillari Klinton beynəlxalq görüşlərdə iştirak etmək üçün Yaxın Şərqə səfər edir. Görüşlərdə Suriyadakı böhran müzakirə ediləcək. Xanım Klinton cümə və şənbə günləri Ər-Riyad da Səudiyyə Ərəbistanı kralı Abdulla ilə görüəşəcək. Görüş eyni zamanda Sədiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qatar, BƏR və Omanın xarici işlər nazirləri ilə də keçiriləcək. Yaxın Şərq səfərindən sonra Klinton “Suriyanın dostları qrupu” konfransında iştirak etmək üçün Türkiyəyə gedəcək. Daha əvvəl o, Bəşər Əsədi Kofi Annanın sülh planına dərhal əməl etməyə çağırmışdı.  
 
azadliq.info