Bəylər Əyyubov Gəncəni susuz qoyub

Şəhərə gələn içməli su generalın üzüm sahəsinə yönəldilib

Gəncə şəhərində içməli su problemi yaranıb. Qəzetimizə daxil olan məlumatlara görə, əhali bir müddətdir ki, içməli suyu pulla kənardan gətizdirir.
Məlumatda deyilir ki, Gəncənin içməli su probleminin səbəbkarı Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovdur. Iddialara görə, Göygöldən Gəncəyə gələn su xətti Bəylər Əyyubovun üzüm sahəsinə yönəldilib. Üzum sahəsi Gəncə ilə Göygöl rayonu arasında yerləşir. Gəncə sakinləri problemlə bağlı dəfələrlə icra başçısı Elmar Vəliyevə müraciət etsələr də, heç nəticəsi olmayıb.