Türkiyə prezidenti azərbaycanlı professora vəzifə verdi

Aygün Attar Giresun Universitetinin rektoru təyin edildi

Türkiyə prezidenti Abdulla Gül əslən azərbaycanlı olan professor Aygün Attarı Giresun Universitetinin rektoru vəzifəsinə təyin edib. Həmyerlimiz təyinatdan əvvəl həmin ali məktəbin prorektoru və fənn ədəbiyyat fakültəsinin dekanı olub. Bir müddət rektor vəzifəsini də icra edib.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin məzunu olan Aygün Attar 20 ildir Türkiyədə yaşayır. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.