VHP 8 aprel mitinqinə qoşulacaq

Vətəndaş Həmrəyliyi Partiyasının Bakı, Sumqayıt, Abşeron və işğal edilmiş rayon təşkilatlarının iştirakı ilə genişləndirilmiş müşavirə keçirilib.
VHP təşkilat şöbəsinin müdiri Samir Əsədlinin APA-ya verdiyi məlumata görə, VHP Ali Məclisin sədri və Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Rafiq Manaflının sədrliyi ilə keçirilən müşavirədə partiyanın yubileyinin rayon təşkilatları və respublika səviyyəsində qeyd olunması, o cümlədən qurumun təşkilati məsələlərinə dair müvafiq qərarlar verilib.
Ictimai Palatanın aprelin 8-ə təyin olunan mitinqin müzakirəsi zamanı isə müşavirə iştirakçıları müxalifətdaxili inteqrasiya və həmrəyliyin diqqətə alınmasını əhəmiyyətli hesab ediblər. Müzakirələrdən sonra müşavirədə VHP rayon təşkilatlarının icazəli mitinqdə iştirakı məqbul sayılıb.