Sumqayıt və Yasamalda Ictimai Palatının yerli təşkilatlarında toplantılar keçirilib
Martın 25-də Müsavat partiyasının qərargahında Ictimai Palatanın Sumqayıt şəhər təşkilatının təsis yığıncağı keçirilib. AXCP sədrinin müavini Asəf Quliyev, Rəyasət Heyətinin üzvü Rövşən Quliyev, IP Koordinasiya Şurasının üzvləri Vidadi Mirkamal və Qələndər Muxtarlı tədbirə qatılaraq, ölkədəki mövcud ictmai-siyasi duruma dair çıxışlar ediblər.
Eyni zamanda təsis yığıncağında AXCP Sumqayıt təşkilatının sədri Mahir Qulubəyli və Müsavatın Sumqayıt təşkilatını sədri Fəxrəddin Abbas təşkilatın qarşısında duran vəzifələr barədə danışıblar. Daha sonra təkilatı məslələrlə bağlı dinləmələr olub. Təşkilatın yerli Koordinasiya Şurasına AXCP, Müsavat, VHP və Bozqurd partiyalarından hərəsindən iki nəfər seçilib. Yeni yaranan Sumqayıt şəhər təşkilatına üzv yazılmaq istəyənlərin sayı da kifayət qədər olub. Ilk toplantısında təşkilat ətrafında 200 nəfəri toplayıb.
Martın 25-də IP-nin eyni zamanda Yasamal rayon regional şöbəsinin toplantısı keçirilib. Toplantıda 120 nəfərə yaxın adam iştirak edib. Yığıncaqda AXCP sədrinin müavini Asəf Quliyev və Müsavat başqanının müavini Gülağa Aslanlı iştirak edib. AXCP Yasamal rayon təşkilatının sədri Maarif Ağaməmmədov və Müsavat Yasamal rayon təşkilatının sədri Sevinc Hüseynli çıxış edərək IP-nin Yasamal regional şöbəsinə yeni qəbul olunmuş şəxslərin suallarını cavablandırıblar.
Informasiya şöbəsi