Heydər Camala cinayət işi açıldı

Rusiya İslam Komitəsinin rəhbəri, azərbaycanlı politoloq Heydər Camalın Moskvadakı evində axtarış aparılıb. Politoloqun evində axtarış Rusiya Cinayət Məcəlləsinin nifrət və düşmənçiliyin salınması maddələrinə əsasən aparılıb. Heydər Camalın sözlərinə görə, buna səbəb onun İslam Komitəsinin rəsmi saytında yer alan nəşrləridir.

Xatırladaq ki, Heydər Camal Rusiya Cinayət Məcəlləsinin nifrət və düşmənçiliyin salınması maddəsinin əleyhinə çıxışı ilə yadda qalıb. O, 2011-ci il dekabrın 29-da Moskvada baş tutan mitinqdə bu maddə ilə həbsdə yatan minlərlə siyasi məhbusun siyasi düşüncələrindən asılı olmayaraq azadlığa buraxılmalarının vacibliyindən danışmışdı.

İnformasiya şöbəsi