ulduz fali

Günün ulduz falı (27.03.12)

QOÇ
Işdə ciddi problemlərinizin olacağı bildirilir. Sizi sevməyən kəslər bu gün asanlıqla zərbə vura bilərlər. Çünki bu gün ən sadə işi icra edərkən belə, səhvə yol verirsiniz. Bu isə karyera baxımından asılı olduğunuz şəxsin gözündən yayınmayacaq.
BUĞA
Gərgin, çətin bir gün yaşayacaqsınız. Xoşbəxtlikdən həyat eşqiniz yüksəkdir və çətinliklərlə baş aparmaq üçün kifayət qədər gücünüz olacaq. Gün daha çox sevən “Buğa”lar üçün çətin olacaq. Onları qısqanclıq, şübhə yoracaq.
ƏKIZLƏR
Gün xoş, ancaq ciddi olmayan münasibətlərlə başlayacaq. Yeni tanışlıq perspektivli görünmür. Günün ikinci yarısında çox adam olan məkanı ziyarət edə bilərsiniz. Bu yerdə siz təkcə diqqəti cəlb etməyəcəksiniz, həmçinin vacib məlumat, təklif də əldə edəcəksiniz.
XƏRÇƏNG
Ilk baxışdam gün perspektivli görünəcək. Əslində, maraqlı təkliflər alacaqsınız. Baş verənlər gələcəklə bağlı yeni mənzərə yaradacaq. Bəziləri sizinlə uşaqla rəftar edirmiş kimi davranır və bunu hansı məqsədlə etdiyi məlum deyil. Yaxşı olar ki, özünüz qərar verəsiniz. Maddi durum yaxşı deyil.
ŞIR
Çətin gündür. Bürcün əksər nümayəndələrini qayğı və problem əhatə edəcək. Yalnız yeni, adət etmədiyiniz taktika ilə  xoşagəlməz vəziyyətdən uzaq dura bilərsiniz. Şəxsi müstəvidəki münasibətlər də gərgin olacaq.
QIZ
Müxtəlif problemlərlə dolu bir gün yaşayacaqsınız. Eyni vaxtda bir neçə işlə məşğul olacaqsınız. Ancaq heç birinin öhdəsindən gələ bilməyəcəksiniz. Bu səbəbdən əhatənizdəkilər sizə güləcəklər. Ailə münaqişəsi də istisna deyil.
TƏRƏZI
Düşünülməmiş addımlar atacaqsınız. Ulduzlar məsləhət görür ki, hər deyilən məsləhəti həyata keçirməyəsiniz. Çünki səslənən tövsiyələrin bəziləri heç də səmimi deyil. Günün emosional mənzərəsi sabit olmayacaq.
ƏQRƏB
Tənbəl olmayın. Bunu ulduzlar deyir. Çünki bu gün hərəkət etsəniz, sabah işdə mükafatınızı ala bilərsiniz. Günün maliyyə mənzərəsi də yaxşıdır. Siz ətrafdakılarla tez dil tapırsınız, amma sizin rəğbətinizi qazanmaq elə də asan deyil. Bu xüsusiyyətinizlə də lazımsız əlaqələrdən kənar gəzə bilirsiniz.
OXATAN
Heç kimə etibar etmirsiniz. Hətta ən yaxın adamınızdan belə, maraqlarınızı gizlədirsiniz. Xoşbəxtlikdən özünüzə qapanarkən yaxınlarınız sizdən incimir. Əgər problem yaratmaq istəmirsinizsə, azacıq da olsa, mehribanlıq nümayiş etdirin. Vacib işlərinizi günün birinci yarısına təyin edin.
OĞLAQ
Bu gün çox enerjilisiniz. “Oğlaq”lar olan yerdə konfliktlər baş verəcək. Güzəştə getmək istəməyəcəksiniz. Ehtimal ki, gəlirli iş quracaqsınız və ya uğurlu alış-veriş edəcəksiniz.
DOLÇA
Kifayət qədər çətin gündür. Kömək gözlədiyiniz adamlar yardım əlini uzatmayacaq. Bu üzdən də neqativ tendensiya ilə təkbaşına mübarizə aparacaqsınız. Günün ikinci yarısı birincidən daha uğurlu olacaq. Yaxınınız xoş sürprizilə sizi sevindirəcək.
BALIQLAR
Istənilən işin təməlinin qoyulması baxımından məhsuldar gündür. Uzaq qohumlardan biri ilə aranızda fikir ayrılığı olacaq. Siz haqlı olduğunuza o qədər inam nümayiş etdirəcəksiniz ki, qarşı tərəf geri çəkiləcək. Gün istənilən alış-veriş üçün münasib sayılır.