ABŞ-da cinayətkar qrupun dörd erməni üzvü bank fırıldağı və şəxsi məlumatlar oğurluğunda ittiham olunur. Bu məlumatı ABŞ Federal Prokurorluğu yayıb. Associated Press agentlyi bunu Kaliforniya Ştatı tarixində bu kimi ən iri cinayətlərdən biri adlandırır.
33 yaşlı Arman Şaropetrosyan, 39 yaşlı Karen Markosyan, 28 yaşlı Artuş Marqaryan və 28 yaşlı Kristina Ohancanyan hər biri ağır cinayət üçün 30 ilədək azadlıqdan məhrum edilə bilərlər. Məsələn, bir sıra maddələr üzrə ittiham olunan Arman Şaropetrosyan ümumən 164 il müddətinə məhkum edilə bilər. Prokurorluğa əsasən, banda başçısı Arman Şaropetrosyan olub.
Baş prokuror müavini Lenny Broyerə istinadən Washington Post xəbər verir ki, 6 il ərzində cinayətkar qrup 10 milyard dollardan çox pul mənimsəyib. Bandanın əsas üzvlərindən başqa, cinayət işi üzrə 20 adam ittiham olunur. Cinayət işi üzrə əldə edilmiş materiallara əsasən, həsxanada olan Arman Şaroyan qeyri-qanuni yolla ona ötürülmüş mobil telefon vasitəsilə şəriki Aqnus Brovni ilə birlikdə bandanın iş sxemini əlaqələndirirmiş. Onlarla adamın şəxsi məlumatları, o cümlədən, sosial sığorta nömrələrini, anadan olma tarixi və başqa məlumatlarını oğurlayaraq, saxta imzalarla qəbz yazıb, onların bank hesablarından nağd pul çıxarıb.
Nəticədə bir çox Kaliforniya, Nevada, Arizona və Texas ştatlarının sakinlərinə zərər vurulub.
BBC Azeri