Türkiyə Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Kamal Özər çörəklə bağlı təəccüb doğuran açıqlamalar verib. O, çörəyin üstünə “Sağlamlığa zərərlidir!” etiketinin yapışdırılmasını təklif edib.
Kamal Özər müasir dünyada ağ çörəyin bir kasıblıq göstəricisi olduğunu bildirib. Mütəxəssis çörəyin xüsusi qablarda satılmasını da təklif edib: “Bir çörəyə gündə orta hesabla 17 əlin dəyməsi ”qabsız bir çörəkdən sağlamlıq gözlənilə bilərmi?” sualını cavablandırır. Deməli, çörəyin qabda olması vacibdir. Tam buğda çörəklərindən başqa bütün çörəklərin üstünə siqaret qutularında olduğu kimi, “Sağlamlığa zərərlidir!” ifadəsi yazılmalıdır”.
Dünyada ildə orta hesabla 220 milyard dollarlıq çörək istehlak edilir. Türkiyə isə 12 milyard dollarlıq çörək istehlakı ilə dünya lideridir. Mütəxəssislər bildirir ki, ağ çörək buğdanın tərkibindəki bütün faydalı komponentlərdən məhrumdur. Bütünlüklə buğda unundan bişirilən çörək isə sink, yod, omeqa 3, kalsium, zülal və karbohidratlar baxımından olduqca zəngindir. Buğda unundan bişmiş çörəklə qidalananlarda diabet, köklük, damar tutulması və xərçəng kimi xəstəliklərin daha az müşahidə edildiyi bildirilib.
Ağ çörək zərərlidirmi?
•
•