Türkiyə Bəşər Əsəd rejimi ilə sonuncu əlaqəsini də kəsdi – Suriyadakı səfirliyini bağladı. “Səfirliyimiz 26 martın 2012-ci idən etibarən bütün fəaliyyətini müvəqqəti olaraq dayandırır. Səfirliyin konsulluq şöbəsi də 22 mart 2012-ci ildən fəaliyyətini dondurub. Vətəndaşlar konsulluq əməliyyatları üçün Hələb baş konsulluğuna, Beyrut və Ammandakı Türkiyə Cümhuriyyəti səfirliklərinə müraciət edə bilərlər”, – deyə Türkiyənin Suriya səfirliyinin saytında elan yerləşdirilib.


