İsrail komandosları İranda əməliyyat aparır

İraqın kürd bölgəsində yerləşən bir hərbi bazadakı İsrail ordusuna bağlı xüsusi təyinatlıların İran ərazisində kəşfiyyat əməliyyatları keçirdiyi barədə xəbərlər yayılıb. Britaniyada yayımlanan “The Sunday Times” qəzetinin yazdığına görə, kürd bölgəsindəki israilli xüsusi təyinatlılar İran ərazisinə keçmədən öncə saqqal buraxır və iranlı əsgərlərin geyindiyi formadan istifadə edirlər.

Hərbi bazadan “Black Hawk-Sikorsky” helikopterləriylə havaya qalxan xüsusi təyinatlılar İranın Fordo və Perçin nüvə obyektlərindəki işləri müşahidə edirlər. Əməliyyatçıların quruda istifadə etdiyi xüsusi vasitələr də yenə kürd bölgəsindəki hərbi bazaya yük vertoloyotları ilə çatdırılır. Qəzetin qərbli kəşfiyyat qaynaqlarına istinadən yaydığı xəbərdə deyilir ki, israilli kəşfiyyatçılar bu tip əməliyyatları illərdir keçirir. Ancaq son aylarda həmin əməliyyatlar daha da intensivləşib.

azadlıq.info