Cənubi Koreyanın paytatxı Seulda keçirilən nüvə sammiti öncəsi ABŞ prezidenti Barak Obama ilə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın baş tutmuş görüşü zamanı liderlər Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsini də müzakirə ediblər. Türkiyənin baş naziri görüş zamanı aparılan müzakirənin bəzi detallarını açıqlyıb:“Minsk qrupunun 20 ildir probelmin həlli istiqamətində uğurlu nəticə əldə etmədiyini xatırlatdım. Bildirdim ki, münaqişənin həlli üçün biz öz üzərimizə düşəni edərək Azərbaycanın səylərini artırmağa çalışaq. Rusiya, Fransa və siz də Ermənistanla danışın, onların mövqeyində dəyişikliyə nail olun. Bundan əlavə siyasətçilərin tarixçilərin yerinə qərar verməsinin də uyğun olmadığını dedim. Obama da ABŞ Konqresindəki “erməni soyqırımı”yla bağlı layihədən narahatlıq keçirdiyini etiraf etdi”.
***
25.03.2012
Ərdoğan Obama ilə görüşdü
Görüşdə əsasən Suriyadakı vəziyyət müzakirə olunub
ABŞ prezidenti Barak Obama Cənubi Koreyanın paytaxtı Seulda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitindən əvvəl, Grand Hyatt Seoul otelində baş tutub. Bir saat yarım çəkən görüşdən sonra Obama və Ərdoğan müzakirə etdikləri məsələlər barədə bunları deyiblər.
Obama:
Müzakirənin böyük hissəsini Suriya mövzusuna ayırdıq. Suriya mövzusunda ortaq fəaliyyətə davam edəcəyik.
İranın nüvə problemi mövzusunda qətiyyətli irəliləyiş əldə edilməlidir. İran öhdəliklərini yerinə yetirməlidir.
Türkiyədə dini azlıqlar mövzusunu da toxunduq. Ortaq nöqtədə olduğumuzu görmək məni son dərəcə məmnun etdi.
Ərdoğan:
Müzakirəmiz çox məhsuldar keçdi. Prioritet olaraq Suriyadakı hadisələri qiymətləndirdik. Suriya mövzusunda seyrçi qalmaq mümkün deyil. İnsani bir vəzifəmiz var. Suriya mövzusunda üzərimizə düşəni edəcəyik. Baxışlarımızın üst-üstə düşdüyünü görmək bizi ayrıca məmnun etdi.
Buradan dönəndən sonra edəcəyim İran ziyarəti əsas etibarilə Suriya ilə əlaqədar olacaq.
İraqdakı inkişaf gözardı edilə bilməz. Oradakı inkişafları da müzakirə etmək imkanımız oldu. Bölücü terror təşkilatı ilə mübarizəmizdə ABŞ-ı yanımızda görmək məmnuniyyət vericidir. Terör təşkilatı ilə mübarizəmiz davam edəcək, ancaq onun siyasi uzantıları ilə müzakirələri də davam etdirəcəyik.
azadlıq.info