Obama İrana hücumun anonsunu verdi

ABŞ prezidenti Barak Obama İranın nüvə fəaliyyətindən imtina etməsi üçün diplomatik cəhdlərin intensivləşdirildiyini, lakin bu prosesin də sona yaxınlaşdığını bildirib. Cənubi Koreyanın paytaxtı Seulda keçirilən nüvə sammiti öncəsi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşən Ağ ev rəhbəri danışıqlardan sonra baş tutan mətbuat konfransında İranın nüvə fəaliyyətinə də toxunub.

Barak Obama problemin həlli istiqamətində diplomatik səylərə olan inamını itirdiyini də söyləyib. İndiyə qədər İsrailin İrana yönəlik hərbi müdaxilə cəhdlərinə qarşı olduğunu deyən ABŞ prezidenti Tehran rejiminin geri addım atmayacağı təqdirdə ölkəsinin güc variantına əl atacağını vurğulayıb.

azadlıq.info