“Azadlıq Prospekti” tüstüləndi
Martın 26-da Bakı metrosunda həyəcan yaranıb. Metronun “Azadlıq Prospekti” stansiyasının içərisi tüstü ilə dolub. Bu isə sərnişinlərin həyəcanına səbəb olub (milli.az).
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən bildirilib ki, metronun üst hissəsində yerləşən və stansiyaları elektriklə təmin edən Elektrik Təchizatı binasında yanğın baş verib. Binanın mərtəbələrindən birində kabellər alışıb. Hadisə ilə bağlı 1-ci dərəcəli çağırış elan olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb və yanğın söndürülüb. Xəsarət alan yoxdur.