ABŞ-ın keçmiş vitse-prezidenti Riçard Çeyninin ürəyi cərrahi əməliyyatla dəyişdirilib. Lent.az-ın Reuters-ə istinadən məlumatına görə, hazırda 71 yaşlı Çeyni Virciniya ştatındakı klinikalardan birində yatır.
Çeyni hələ 2011-ci ildə NBC telekanalındakı çıxışında demişdi ki, ürək köçürülməsi əməliyyatına ehtiyacı var. Bunun səbəbi isə 2010-cu ildə onun ürəyinə qoyulmuş ürək nasosunun yaratdığı narahatlıqlar idi.
Qeyd edək ki, Riçard Çeyni 2001-ci ilin yanvarından 2009-cu ilədək ABŞ-ın vitse-prezidenti olub.