AB Əsəd ailəsinin daha 3 üzvünə və 8 suriyalı nazirə də sanksiya tətbiq etdi
Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri Suriya diktatoru Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə qarşı sanksiyalar paketi qəbul edib. Əsmə Əsəd, hakim ailənin daha 3 üzvü və rejimin 8 nazirinin Avropa Birliyi ölkələrinə girişi yasaqlanıb, onların Avropa banklar;ndakı hesabları dondurulub. Əsma Əsəd həm də Britaniya vətəndaşı olduğu üçün onun bu ölkəyə gediş-gəlişi mümkün olacaq. “BBC” müxbirinin sözlərinə görə, Brüsseldə keçən toplantının iştirakçıları Əsma Əsədin həyat yoldaşı Bəşəri demokratik islahatlar aparmağa sövq edəcəyinə inanırlar.
azadlıq.info


