Rusiyaya Çin təhdidi

Rusiya prezidenti Vladimir Putinin təlimatı ilə, iki liberal iqtisadçı – Yaroslav Kuzmin və Vladimir Mau tərəfindən hazırlanan “Rusiyanın 2020-ci il strategiyası” adlı rəsmi hesabatda Çinin böyüyən iqtisadiyyatının regionda Rusiya üçün təhlükə olması göstərilir. Çinin pul vahidi yuanın beynəlxalq arenada artan təsiri Rusiya rublunun istifadə edilmə arealını məhdudlaşdıracaq. Hesabatın beynəlxalq ticarət və xarici siyasət bölməsində deyilir: “Çinin beynəlxalq miqyasda fəaliyyət göstərən sənaye birlikləri və apardığı ticarətin həcmi rus şirkətlərinin fəaliyyət məkanını məhdudlaşdırır. Çinin regiondakı varlığı Rusiyanın Orta Asiya ölkələri ilə bir tam olmasının qarşısını alır.” 
Hesabatda Çinin Asiya-Sakit okean məkanında Rusiya üçün ən vacib partnyor olduğu da qeyd edilir. Çin xaric regionun digər ölkələri ilə də ticarət münasibətlərinin qurulmasının vacibliyi qeyd edilir. Hər nə qədər Çin Rusiya üçün təhdid kimi göstərilsə də, Rusiya Çinlə əməkdaşlıq etmədən dünyanın super gücü ola bilməz.

azadliq.info