Avropa Parlamentinin xarici əlaqələr komissiyası Ermənistanla bağlı sənəd qəbul edib. ANS PRESS Ermənistanın “Azatutyun” radiostansiyasına istinadən xəbər verir ki, sənəddə bir sıra fikirlərlə yanaşı, Frasanın Dağlıq Qarabağ münaqişəsnin nizamlanması üzrə ATƏT-in Minsk Qrupundakı həmsədr mandatının Avropa Birliyinin mandatına dəyişdirilməsi təklifi də yer alıb.
Sənəd Avropa parlamentinin plenar iclasında səsverməyə çıxarılmalıdır. Bunun isə bir aydan sonra olacağı gözlənilir.