Türkiyənin paytaxtı Ankarada İran səfirliyinə hücum olub. Naməlum şəxs səfirliyə “Molotov kokteyli” atıb.
Polisin məlumatına görə, bu səhər yerli vaxtla saat 8-də təxminən 60 yaşlarında bir nəfər Kavaklıdərə Tehran küçəsində yerləşən səfirliyin həyətinə 3 ədəd “Molotov kokteyli” atıb. Xəsarət alanın olmadığı bildirilir. Hücum edən şəxs səfirliyin mühafizəçisi tərəfindən zərərsizləşdirilərək, polisə təslim edilib.
Ankara şəhər baş polis idarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb. Türkiyədəki İran səfirliyinin önündə təhlükəsizlik tədbirləri gücləndirilib (anspress).