10 yaşlı azərbaycanlı Hollivud filmində

Londonda yaşayan xərçəng xəstəsi Samir Səmədov ssenarisini yazdığı “Şah və mat”da baş rola çəkilib

Azərbaycan əsilli 10 yaşlı Samir Səmədov qısa metrajlı “Şah və mat” adlı Hollivud filmində baş rolda oynayıb. “Lifenews” xəbər verir ki, , Samir Səmədov 2010-cu ildə Böyük Britaniyada keçirilən şahmat çempionatında ikinci yeri tutduqdan sonra özü müstəqil şəkildə “Şah və mat” qısa metrajlı döyüş filminin ssenarisini yazıb.

Filmdə söhbət 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarını mane olmaq istəyən cinayətkardan və bu faciənin qarşısını alan “Agent-27”-dən gedir. Hadisələr London küçələrində cərəyan edir. “Agent-27” rolunu Samir özü oynayacaq. Samirə bu arzusunun yerinə yetməsində “Make-A-Wish Foundation” (MWF) xeyriyyə təşkilatının peşəkar çəkiliş qrupu kömək edib. Çəkilişlər Londonda aparılıb və martın 22-də “Richmond Odeon” teatrında kinolentin premyerası təşkil edilib. Samirin 39 yaşlı atası Elçin Səmədov deyib ki, oğlunu böyük ekranda görəndə inanmayıb: “Samir Ceyms Bonda oxşayırdı”.