“The İndependent” Camal Əlinin həbsindən yazdı

“Musiqiçiləri işgəncəyə məruz qalan Azərbaycan “Eurovision”a hazırlaşır”

Gənclərin keçirdiyi 17 mart mitinqində rok musiqiçiləri Camal Əli, Natiq Kamilov və bloqçu Etibar Salmanlının həbsi və polis bölməsində döyülmələri xarici medianın da diqqətini çəkib. İngiltərənin “The Independent” qəzeti hadisə barədə xəbər verərək yazıb ki, Azərbaycanın may ayında keçiriləcək “Eurovision” musiqi yarışması üçün uyğun bir ölkə olmasına yeni şübhələr meydana çıxıb.
Qəzet iki musiqiçi gəncin mitinqdən sonra konsert vermək istəyərkən söyüşə görə saxlandıqlarını və təcridxanada işgəncələrə məruz qaldıqlarını, məhkəmə qərarı ilə 10 sutka cəza aldıqlarını yazıb. Xəbərdə o da qeyd olunur ki, məhkəmə zamanı saxlanılanlar jurnalistlərə polislərin onları döydüyünü və yaxınları, eləcədə vəkilləri ilə görüşməyə imkan vermədiklərini söyləyiblər.

azadlıq.info