Rusiyadakı daxili vəziyyət NATO ilə sammitə imkan vermir

NATO baş katibi: “Rusiyanın indiki daxili siyasi vəziyyəti üzündən sammit keçirmək üçün vaxt seçmək çətin olacaq”

“Rusiyanın daxili siyasi vəziyyətinin gərginliyi səbəbindən Çikaqoda Rusiya- NATO sammiti keçirmək çətin olacaq”. Bunu Çernoqoriyanın baş naziri ilə mətbuat kofransında NATO-nun baş katibi Foq Rasmussen deyib. “Mən şəxsən Vladimir Putinlə Çikaqodakı görüşün perspektivlərini müzakirə etmişəm. Biz qarşılıqlı razılığa gəldik ki, Rusiyanın indiki daxili siyasi vəziyyəti üzündən sammit keçirmək üçün vaxt seçmək çətin olacaq”, – deyən Rasmusen bununla nəyi nəzərdə tutduğunu aydınlaşdırmayıb.
Eyni zamanda o qeyd edib ki, Rusiya və NATO aktiv dialoqun aparılmasına istiqamətləniblər: “Biz razılaşdıq ki, Rusiya prezidentinin inauqurasiyasından sonra mümkün olan kimi ikitərəfli görüş keçirək. Bundan əlavə, gələn ay xarici işlər nazirləri səviyyəsində görüş olacaq. Biz Çikaqodan sonra da dialoq aparacağıq. Rusiya ilə münasibətlərimiz bir görüşün sualı deyil, bu davam edən uzun prossesdir”.
Şimali Atlantika ölkələrinin sammiti may ayının sonunda ABŞ-ın Çikaqo şəhərində keçiriləcək. Görüşün əsas mövzusu raket əleyhinə müdafiə sistemi olacaq.

azadlıq.info