Ağsuda “körpü üsyanı”

Kalva kənd sakinləri İsmayıllı yolunu bağladı

Ağsu rayonu Kalva kəndi sakinləri “körpü üsyanına” qalxıb. Rayondan aldığımız məlumata görə, martın 22-i səhər saatlarından etibarən 300 nəfərdən artıq kənd sakini Şamaxı-İsmayıllı yolunu bağlayıb. Nəqliyyatın İsmayıllı istıqamətində hərəkəti dayanıb. Əraziyə polis qüvvələri cəlb olunub.
Əhalinin etirazına səbəb isə kəndə aparan körpünün bir ilə yaxındır uçmuş vəziyyətdə qalmasıdır. Sakinlər körpünün bərpası üçün dəfələrlə aidiyyatı qurumlara müraciət etdiklərini, amma tədbir görülmədiyini, buna görə də yolu bağlamaqdan başqa çarələrinin olmadığını deyiblər.

azadlıq.info