17 mart mitinqində tutulanlardan biri azad olundu

Martın 17-də Bakıda gənclərin təşkil etdiyi mitinqdə həbs edilənlərdən biri – «NİDA» Vətəndaş Hərəkatının üzvü, bloqçu Etibar Salmanlı martın 22-də saat 20.00 radələrində həbsdən azad edilib. Onu mitinqində rokçu gənclər Camal Əli və Natiq Kamilovla birlikdə həbs edərək, 5 günlük inzibati cəzaya məhkum etmişdilər.
 
Həbsiylə bağlı Etibar Salmanlı “Azadlıq” radiosuna deyib ki, onun heç bir günahı yoxdur: «Mintinqdə baş vermiş insident zamanı mən gəncləri sakitləşdirmək istəyirdim. Sonra polis məni də saxladı. Mən özümü günahkar hiss etmirəm».

Səbail Rayon Polis İdarəsində saxlama şəraitindən şikayəti olmadlğını deyən E.Salmanlı, qeyd edib ki, yeməyə ona gündə 2 soyutma kartof verirdilər. Onun sözlərinə görə, 17 martda həbs olunanları ayrı kameralarda saxlayırdılar.