Obama Ərdoğanla görüşəcək

ABŞ prezidenti Barak Obama martın 25-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüş Nüvə Təhlükəsizliyi Sammitinin keçiriləcəyi Cənubi Koreyada olacaq. Bu barədə jurnalistlərə Ağ evin milli təhlükəsizlik məsələləri üzrə müşavir köməkçisi Bin Rodes məlumat verib.
Rodes bildirib ki, Nüvə Təhlükəsizliyi Sammitinə qatılacaq ABŞ prezidentinin Cənubi Koreya proqramına Türkiyənin baş naziri ilə təkbətək görüş də daxildir. Ağ ev rəsmisinin sözlərinə görə, Obama Ərdoğanla görüşdə Nüvə Təhlükəsizliyi Sammitinin gündəliyindəki məsələlərlə yanaşı, Suriyada rejim dəyişikliyi istiqamətindəki səylər, Türkiyənin Yaxın Şərq və Şimali Afrika boyunca iqtisadi və siyasi islahatlara verdiyi dəstək, İran və başqa regional təhlükəsizlik problemlərini müzakirə edəcək.
Obama-Ərdoğan görüşü barədə məlumatı rəsmi Ankara da təsdiqləyib.