Bəşər Əsədin xanımı da “qara siyahıya” salınacaq

Avropa Birliyi Suriya diktatoruna və yaxınlarına qarşı yeni sanksiyalara hazırlaşır

Avropa Birliyi Suriya diktatoru Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədi “qara siyahı”ya daxil edəcək. Bu iddia ilə Britaniya mənbələri çıxış edib. İddialara görə, önümüzdəki günlərdə Avropa Birliyinin sanksiyalarına məruz qalan suriyalı rəsmilərin arasına Əsma Əsədin də adı əlavə oluna bilər.
Britaniyada yayımlanan “The Daily Telegraph” qəzetinin xəbərinə görə, Avropa Briliyinə üzv ölkələrin xarici işlər nazirlərinin cümə günü keçiriləcək toplantısında Əsma Əsəd və Əsəd ailəsinin digər üzvlərinin Avropa ölkələrindəki mal varlıqlarının və bank hesablarının dondurulması haqda qərarın qəbulu gözlənilir. Bununla yanaşı Bəşər Əsədin də olduğu “qara siyahı”ya 114 nəfərin əlavə ediləcəyi deyilir. Xəbərdə Suriyaya aid 38 şirkət və təşkilatın da Avropa Birliyi ölkələrindəki bank hesabları və mal varlıqlarının dondurulacağı vurğulanıb.

azadlıq.info