Sərnişinlərdən 3-ü ölüb, 15-i yaralanıb
İrandan Ermənistana gedən sərnişin avtobusu İranın Mərənd şəhərində qəzaya uğrayıb. Hadisə martın 20-də qeydə alınıb.
Yayılan məlumatlara görə, avtobusda 10 nəfər erməni olub.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan 3 İran vətəndaşı olan erməninin öldüyünü, 15 nəfərin isə yaralandığını bildirib. Qəzanın baş vermə səbəbi kimi avtobusun təkərinin zədələnməsi göstərilir.
azadlıq.info