Oğul Qəzzafinin məhkəməsi başlayır

Liviyanın öldürülmüş diktatoru Müəmmar Qəzzafinin oğlu Seyfülislam Qəzzafi yaxın vaxtlarda Tripolidə məhkəmə qarşısına çıxarılacaq. ”BBC”nin yaydığı məlumata görə, hərbi cinayətlərdə ittiham edilən Seyfülislam Qəzzafi Tripolidən 160 kilometr aralıdakı Zintan şəhərində saxlanılır.
Uzun danışıqlardan sonra Liviya hökuməti və Zintandakı silahlı qrupun rəhbərləri arasında Seyfülislam Qəzzafinin Tripoliyə təhvil verilməsi barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Tripolidə Seyfülislam Qəzzafi üçün xüsusi həbsxana tikilir. Həbsxananın tikintisi artıq başa çatır.