Rejimin kəşfiyyat xidmətinin rəhbəri Abdulla əl Sənussi həbs olundu
Liviyanınm öldürülmüş diktatoru Müəmmər Qəzzafinin ən yaxın silahdaşı, rejimin kəşfiyyat xidmətinin keçmiş rəhbəri Abdulla əl Sənussi Mavritaniya byenəlxalq aeroportunda həbs olunub. Sənussi Mavritaniya paytaxtına Mərakeşin Kasablanka şəhərindən uçub. Onun üzərindən saxta Mali vətəndaşlığı pasportu aşkarlanıb.
Abdulla əl Sənussi Qəzzafinin ən yaxın və sadiq məmurlarından sayılır. O, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən insanlığa qarşı cinayətdə günahkar bilinmişdi və barəsində beynəlxaq axtarış elan olunmuşdu. Sənussinin bundan sonrakı taleyiylə bağlı məlumat yoxdur. Onun Liviya hökumətin və ya beynəlxalq məhkəməyə təhvil verilməsi barədə də bir şey məlum deyil.
azadliq.info