QOÇ
Bürcün nümayəndələri məqsədlərinə yaxındılar. Ulduzlar xəbərdarlıq edir ki, özünüzün diqqətsizliyiniz ucbatından yanlışlığa yol verəcəksiniz. Nəticədə qazana bildiyinizi özünüzdən uzaqlaşdıracaqsınız.
BUĞA
Gün ictimai fəaliyyət baxımından əlverişlidir. Siz kölgədə qalmağa üstünlük verdiyiniz halda belə, diqqət mərkəzində olacaqsınız. Bu isə sizin əsəbiləşməyinizə səbəb olacaq. Danışığınıza fikir verin, bu gün dedikləriniz unudulmayacaq. Vaxtı gələndə üzünüzə çırpılacaq.
ƏKIZLƏR
Işgüzar sövdələşmələr üçün münasib gündür. Görüşlər zamanı diqqətli olun ki, unikal şərtləri qaçırmayasınız. Şəxsi müstəvidə atmosfer ürəkaçan olmayacaq. Romantikaya böyük ehtiyacınız var.
XƏRÇƏNG
Uzaq səfərlər, xarici müttəfiqlərinizlə müqavilə imzalanması üçün əla gündür. Eksperimentlərə hazır olduğunuzu təsdiqləyin. Sizi təsir altına salmaq asandır. Yaşlı qohumlar çox öyüd-nəsihət verirlər, yalnız dərin düşünənlər buna riayət edirlər.
ŞIR
Gün köhnə qayğı və həyəcanların qayıdışıyla, xoşagəlməz xatirələrlə zəngin olacaq. Fikrinizin keçmişdə qalmasıyla bu gününüzü unudacaqsınız. Sizin bu vəziyyətiniz yarınızı da keçirdiyi çətin günlərə qaytaracaq.
QIZ
Əgər problemə kənardan baxmağı bacarsanız, bir çoxunun həllini tapacaqsınız. Düzdür, situasiyaya düşməninizin gözüylə baxmaq çətin olacaq, amma məhz bu taktikanın sayəsində hadisələrin gedişatında köklü dəyişiklik edə bilərsiniz. Məlum olacaq ki, bir müddət bundan qabaq ciddi təsir bağışlayan fikir ayrılığı mənasızmış.
TƏRƏZI
Siz işgüzar sahədə gələcəyiniz barədə düşünün. Imza atacağınız qərar karyeranızın taleyini həll edəcək. Ulduzlar böyük uğurlar vəd edir. Sizin planlarınızı bəyənməyənlərə qarşı küskün olmayın, çünki onlar da yaxın zamanlarda sizin tərəfinizə keçəcəklər.
ƏQRƏB
Daxili tarazlığı saxlamaq qeyri-mümkün olacaq. Ünsiyyət baxımından yaxşı gün deyil. Yaradıcılıq potensialınız isə yüksələcək. Bir çox “Əqrəb”lər özlərində musiqi, rəssamlıq və ədəbi istedad kəşf edəcəklər. Ancaq bu gün tərifdən çox tənqid eşidəcəksiniz.
OXATAN
Gün xoş və uzun müddətdir gözlədiyiniz xərclərlə bağlıdır. Həmçinin təşkilatçılıq baxımından əlverişli zamandır. Yarınızın qısqanmasına əsas verməyin, şübhələr münasibətlərinizə kölgə sala bilər. Yeni tanışlığa can atmayın.
OĞLAQ
Işgüzar aləmdə dəyişikliklər gözlənilir. Siz irəli getməkdə yolunuzu kəsən adamlarla vidalaşacaqsınız. Bu, ağrılı proses olacaq, amma vacib əhəmiyyət daşıyır. Gün intellektual yaradıcılıq baxımından münasib sayılır.
DOLÇA
Yada salmaq istəmədiyiniz adamla görüşünüz sizi əzab çəkməyə vadar edəcək. Günün hadisələri sizi fikir etməyə məcbur etdiyi üçün mənəvi dəstəyə böyük ehtiyacınız olacaq. Səhvlərinizi üzünüzə vuran, tez-tez onları yada salan adamlardan uzaq durun.
BALIQLAR
Başqası tərəfindən əsası qoyulan işi tamamlamalı olacaqsınız. Bu, asan olmayacaq, lakin başqa seçiminiz yoxdur. Çox pul xərcləməyiniz məsləhət deyil. Xüsusən də qiymətli metallardan hazırlanmış əşyanın alışı tövsiyə olunmur.

Günün ulduz falı (17.03.12)
•