Cəbrayıllılar icra başçısının istefasını tələb edir

Məcburi köçkünlər icra hakimiyyətinin binası önündə aksiya keçirəcək

Biləsuvar rayonunda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlər aprelin 5-də mitinq keçirmək istəyir. Onlar deyilən vaxtda rayonun qaçqın şəhərciyində yerləşən Cəbrayıl Rayon Icra Hakimiyyətinin qarşısında aksiya keçirməyi planlaşdırır. Aksiyaya müvafiq şəraitin yaradılması məqsədilə etirazçılar Icra Hakimiyyətinə də müraciət edib. Təşkilatçıların sözlərinə görə, onlar aksiyada icra başçısı Mahmud Quliyevin istefasını tələb edəcəklər: “Mahmud Quliyev öz işinin öhdəsindən gələ bilmir. Dəfələrlə Bakıya etdiyimiz müraciətlər yenidən icra başçısının üstünə qayıdır. Biz ondan şikayət edirik, amma müraciətlərimizi də onun üstünə göndərirlər”.
1. Məmmədov Bəhruz Mürvət oğlu
2. Ağayev Yaqub Əli oğlu
3. Əhmədli Vaqif Oruc oğlu
4. Ağayev Qürbət Məhəmməd oğlu
5. Ağayev Ramiz Qürbət oğlu
6. Ağayev Zahid Mirələm oğlu
7. Ağayev Hüseyin Mirələm oğlu
8. Mehtixanova Telli Alı qızı
9. Ağayev Ziyafət Qürbət qızı
10. Qurbanov Həsiyyə Qurban qızı
11. Ağayev Yenigül Yaqub qızı
12. Ağayev Mübariz Qürbət oğlu
13. Ağayeva Şahnaz Əhməd qızı
14. Isgəndərova Nəsibə Camal Qızı
15. Məmmədov Minə Mürvət qızı
16. Ağayev Sərdar Mirələm oğlu
17. Nuruyev Tural Cəmil qızı
18. Ağayev Təvəkkül Sərdar oğlu
19. Ağayeva Pəri Fikrət qızı
20. Ağayev Araz Yaqub oğlu
21. Ağaməmmədov Qaraqız Novruz qızı.
Adları qeyd olunan şəxslər ölkə başçısından Mahmud Quliyevi istefaya göndərməsini xahiş edirlər. Onlar cəbrayıllıların onun əlindən boğaza yığıldığını deyirlər.

Ramin DEKO