İran və Suriyanın təhülkəsizlik koridoru formalaşdırmaq üçün danışıqlara başladığı xəbəri yayılıb. Proyektə görə iki ölkə Şimali İraq ərazisindən bir-birilə hava, dəmir yolu, quru yolu ilə əlaqə saxlayacaq. İngiltərənin “Daily Telegraph” qəzetinin Suriyalı hakimiyyət nümayəndələrindən əldə etdiyi mənbələrə görə ilk növbədə dəmir yolu, magistral yolların salınması və elektrik xətlərinin çəkilməsi işinə başlanılacaq. İran Suriyanın Dəməşq və Hələb şəhərlərində 12 min 500 ev inşa edəcək. Məqsəd iki ölkə arasında etibarlı ticarət koridorunun yaradılmasıdır. Ancaq bunun üçün İraq dövlətinin razılığı lazım olacaq. Sənədlərə görə mövzu ilə bağlı 9 görüş keçirilib, bunların birində İraqın Nəqliyyat naziri də iştirak edib. Bu səbəbdən İraq hökümət nümayəndələri Bəşər Əsədə səssiz dəstək verirlər. Ekspertlərə hələ plan halında olan proyekt Bəşər Əsədin devrilməsi nəticəsində İranı çətin vəziyyətdə qoyacaq.
azadliq.info