Rusiyanın NTV kanalının hazırladığı sənədli film müxalifəti qəzəbləndirib. Kanal Rusiya müxalifətinin “Azad seçkilər naminə” keçirdiyi mitinq iştirakçılarını “satın alınmış” adalandırıb. Müxalifət təşkilatları kanalı yalan danışmaqda ittiham edərək bəyanatlar veriblər. Kanala etiraz edən şirkətlər artıq münasibətlərini pozublar. İlk olaraq “Ekspert” mediaholdinqi kanalla əməkdaşlığını dayandırdığını bəyan edib. “İftiraçılar”a etiraz olaraq “Ostankino” telestudiyası qarşısında aksiya edilməsi və kanalın boykotu bloq səhifələrinin ən aktual mövzusudur. İlk “qisas aksiyası” naməlum şəxslər tərəfindən keçirilib. Beləki, kanalın internet səhifəsinə edilən hücum nəticəsində sayt çöküb. Sayt bir saat ərzində fəaliyyətsiz qalıb. Etiraz hədəfi NTV-nin “Etirazın anatomiyası” adlı sənədli filmidir. Müxalifətin liderlərindən Boris Nemtsov bunun Kremlin sifarişi ilə edildiyi deyib. Müxalifətə kanal qarşısında etiraz aksiyaları keçirəcəyini artıq müzakirə edir.
azadliq.info