Avropa İttifaqı da Xədicə İsmayılla bağlı bəyanat verdi

Avropa İttifaqının Bakıdakı nümayəndəliyi jurnalist Xədicə İsmayılovaya qarşı kampaniayanı pisləyən bəyanatla çıxış edib.

Aİ-na üzv olan ölkələrin və Norveçin Azerbaycandakı  səfirlikləri ilə də  razılışdırılmış bəyanatda deyilir:

«Avropa Birliyi müstəqil jurnalist Xədicə İsmayılovaya qarşı kampaniyadan, onun intim həyatı haqqında videoçarxın İnternetdə yerləşdiriməsindən   dərin narahatlığını bildirir.

Belə hərkəkətlər jurnalistin şəxsi həyatına müdaxilədir və Azərbaycanda tolerant cəmiyyətin olması ilə bağlı bir araya sığmır. Jurnalistlərin azad mühitdə, təzyiqsiz işləmək imkanları olmalıdır».

Bunanla belə Aİ hakimiyyətin bu insidentin araşdırılması ilə bağlı qərarını alqışlayır və günahkarların tezliklə cəzalandırlımasına və İsmayılovanın müdafiəsini təmin etməyə çağırır (contact.az).