“Hürriyet” diqqəti prezidentin qızlarına və “Wikileaks” materiallarına çəkdi
“Azadlıq” radiosunun əməkdaşı, tanınmış jurnalist Xədicə İsmayılın şəxsi həyata müdaxilə olunmaqla şantaj edilməsi qardaş Türkiyənin ən nüfuzlu nəşrlərindən olan “Hürriyet” qəzetində əsas xəbərlərdən biri kimi yer alıb.
Qəzet yazır ki, Xədicə İsmayıla qarşı təhdidlərin Azərbaycan prezidentinin qızları Leyla və Arzu Əliyeva haqqında onun apardığı araşdırmalardan sonra gəldiyinə işarə edilir. “Azadlıq” radiosunun Azərbaycan bürosunda işləyən Xədicə İsmayıl dövlət məmurlarının korrupsiya əməllərini ifşa edilən yazılara görə mükafat alan jurnalist kimi tanınır. Keçən həftə “Düz yola gəlməsən, səni alçaldarıq” məzmunlu bir məktub aldığını deyən Xədicə İsmayıl azəri internet məkanında düşən bir videoda görünüb. “Bu videonun ortaya çıxması məni dayandırmayacaq, işləməyə davam edəcəm” deyən İsmayıl bunun təkcə şəxsi həyatla bağlı olmadığını, eyni zamanda mühafizəkar ölkədə həyatına qarşı bir təhdid olduğunu deyib. Beynəlxalq media təşkilatları məsələ ilə bağlı tədqiqat aparılmasını tələb ediblər”, – deyə “Hürriyet” xəbər verir.
Qəzet məsələ ilə bağlı “Wikileaks” materiallarına da diqqət çəkir: “2009 tarxində göndərilmiş bir hesabatda İlham Əliyev Xədicə İsmayılı “hökümət düşməni” adlandırmış, Amerika səfirindən qadın jurnalistin radioda fəaliyyətini dayandırması üçün fəaliyyətə keçəməsini istəmişdi”.
azadlıq.info