Gənclərin17 mart aksiyasına İctimai Palatadan dəstək

İctimai Palata “Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin” 17 mart aksiyasını  dəstəkləyir.
İctimai Palata hesab edir ki, ölkədə demokratiyanın bərqərar olmasının bir yolu da Azərbaycan gəncliyinin fəal mövqe nümayiş etdirməsindən, ictimai- siyasi proseslərdə aktiv iştirakından keçir.
Bu məqsədlə təşkilatın Koordinasiya Şurası  martın 17-də gənclərin bir araya gələrək konstitusion hüquqlarından istifadə edib aksiya keçirməsini pozitiv hadisə kimi dəyərləndirir.
İctimai Palata bütün gəncliyi 17 mart mitinqinə diqqət ayırmağa, ölkənin köklü problemlərinə biganə qalmayaraq hüquq və azadlıqların müdafiəsi üçün təşkil edilən mitinqdə iştiraka çagırır.
İctimai Palata Azərbaycan hökumətinə də çağırış edərək gənclərin sərbəst toplaşmaq hüququna hörmət bəsləməyi, onların dinc və maneəsiz aksiya keçirməsinə şərait yaratmağı tələb edir.