İcra başçısının «səməni əməliyyatı»

Yaxud Heydər Əliyev prospektində niyə səməni satmaq olmaz?

Bərdənin icra başçısı Vidadi Isayev rayon sakinlərinin çörək pulu qazanmasına imkan vermir. Icra başçısı, hətta sakinləri səməni satmağa da qoymur. Elə dünən çörək pulu qazanmaq üçün 1 nömrəli məktəbin qarşısında, Heydər Əliyev prospektində səməni satan bir qrup rayon sakini Vidadi Isayevin qəzəbinə tuş gəlib.
Bərdə sakini Adil Abdullayevin qəzetimizə verdiyi məlumata görə, onlar səməni satarkən Vidadi Isayevin göstərişi ilə əraziyə gələn icra hakimiyyətinin Mürsəl adlı şöbə müdiri onlara imkan verməyib: “Bizə dedi ki, burda nə edirsiniz? Dedik çörək pulu qazanmaq üçün səməni satırıq. Elə bunu demişdik ki, təpiklə səməniləri dağıtdı. Dedi ki, bura Heydər Əliyev prospektidir, burada səməni satarlar? Biz isə cavab verdik ki, başa düşmürük, məgər Heydər Əliyev prospektində səməni satmaq olmaz? Dedik ki, acından ölməliyik? Cavab verdi ki, satmaq olmaz, vəssalam. Əraziyə dərhal polis çağırdı. Iki maşın polis gəldi və bizdən ərazini tərk etmək tələb edildi. Biz narazılıq etsək də, nəticəsi olmadı. Bizdən tələb etdilər ki, ərazini tərk edin. Lakin zor tətbiq etdilər. Çünki gördülər ki, artıq camaat əsəbiləşib”.
Vidadi Isayev Bərdədən əvvəl Tərtərin icra başçısı olub. O, Tərtərdə də əhaliyə qan uddururdu. Icra başçısı Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun yaxın çevrəsinə daxildir.

Azad