Xədicə İsmayıla qarşı edilənlər iyrənc şantaj cəhdidir

Azad Avropa/ Azadlıq radioları korporasiyası dərhal jurnalistin müdafiəsinə qalxdı

Azad Avropa/ Azadlıq radioları korporasiyası bəyənat yayaraq jurnalist Xədicə İsmayılın şantaj və təhdidə məruz qalmasını kəskin şəkildə pisləyib. Korporasiyanın prezidenti Steven Korn insidenti “mədəni cəmiyyət üçün yolverilməz olan iyrənc şantaj cəhdi” adlandıraraq, bildirib: “Biz Xədicə ilə fəxr edir, onu və onun fəaliyyətini tam dəstəkləyirik”.
S.Korn Xədicə ilə şəxsən görüşmək niyyətində olduğunu da bildirib.
Xatırladaq ki, X.İsmayıl “Azadlıq” radiosunun əməkdaşıdır. O, martın 7-də şantaj və hədə xarakterli məktub alıb. X.İsmayılın Facebook səhifəsində yaydığı bəyanata görə, məktubda ondan susması tələb olunur və əks təqdirdə rüsvay ediləcəyi bildirilir.