Rusiya may ayında Bakıda keçiriləcək” Eurovision 2012” yarışmasında öz təmsilçisini seçib. Lent.az-ın verdiyi xəbərə görə, 25 nəfərin qatıldığı milli final gecəsində 70 yaşlı nənələrdən ibarət “Buranovskiye babuşki” qrupu təmsil edəcək.
Nənələr “Party For Everybody” mahnsıı ilə 38,51 xal toplayaraq qalib olub. Dima Bilan və Culiya Volkova “BaktTo Her Future” mahnısı ilə 29.5 xal, AIDA və TIMATI “Fantasy” ilə 26.74 xal toplayıblar.
Xatırladaq ki, “Buranovskiye babuşki” qrupu Rusiyanın Udmurtiya Respublikasının Malopurqinsk rayonundandır. Bu qrup “Eurovison” fanatlarına 2010-cu ildən məlumdur. Həmin il Rusiyanın Milli Seçimlərində çıxış edən qrupu zaldakı tamaşaçılar ayaq üstə alqışlarla qarşılamışdı. Seçimlərdə 3-cü olan nənələr həmin vaxt tamaşaçı rəğbəti qazanmışdı. Onların seçimlərdəki çıxışının videosunu isə bir sutka ərzində 30 mindən çox istifadəçi izləmişdi.
40 ildən artıqdır, fəaliyyət göstərən “Buranovskiye babuşki” qrupunun üzvləri özlərini peşəkar saymırlar, amma hər şeyi sevə-sevə etdiklərini bildirirlər. Ən maraqlısı isə budur ki, ümumxalq sevgisi qazanan nənələr nəinki folklor, dünya şöhrətli “The Beatles”, “Queen” kimi qrupların, Boris Qrebenşikov və Viktor Soyun repertuarından mahnılar da ifa edirlər, həm də doğma udmurt dilində.