Martın 7-də Bakıda Səhiyyə Nazirliyinin təşkil etdiyi attestasiya zamanı 50-52 yaşında bir kişi həkim dünyasını dəyişib. Hadisə Topçubaşov adına Elmi-tədqiqat Kliniki Təbabət İnstitutunun attestasiya üçün Səhiyyə Nazirliyinə ayrılmış hissəsində baş verib.
Hadisə yerində olan əməkdaşımız xəbər verir ki, ölüm faktı barədə hər hansı təfərrüat öyrənmək hələlik mümkün deyil. Çünki hadisə yerində özünü təqdim etməyən mülki şəxslər buna mane olur. Əməkdaşımızı hadisə yerindən zorla uzaqlaşdırmağa çalışırlar.
azadlıq.info