Sarkozinin rəqibindən gözlənilməz təklif

Sağçı Marin Le Pen: “Fransa “erməni soyqırımı”ndan öncə Əlcəzairdə Hark ərəblərinin qətliamını qəbul etməlidir”

Fransada sağçı “Front National” (Milli Cəbhə) partiyasının lideri, prezidentliyə Marin Le Pen “TF1” kanalındakı “Namizədin sözü” adlı verilişdə çıxışı zamanı maraqlı təklif irəli sürüb. Le Pen Fransanın “erməni soyqırımı”ndan öncə Əlcəzairdə Fransa ilə birlikdə mübarizə aparmış Hark ərəblərinin qətliamını qəbul etməli olduğunu söyləyib.

“İkinci dünya müharibəsindən sonra Əlcəzairin Fransaya qarşı apardığı azadlıq mübarizəsində fransızlarla birlikdə əlcəzairlilərlə vuruşan və Hark kimi tanınan müsəlman ərəblərə yönəlik törədilən qətliamları mənim partiyam da daxil sağ, sol heç bir partiya tanımayıb. Fransanı idarə edənlər “erməni soyqırımı”ndan əvvəl bu olaylara hüquq qiymət verməli və baş verən qətliamları qəbul etməlidir”, -deyə Marin Le Pen bildirib.

azadlıq.info